2026-cı il aprelin 14-də Xəzər Universitetinin nümayəndə heyəti Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Yeditepe Universitetinə işgüzar səfər həyata keçirib.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Hamlet İsaxanlının rəhbərliyi ilə baş tutan səfərdə universitetin rektoru Dr. Raziya İsaeva, Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin dekanı Dr. Günel Bahəddinova, eləcə də Təbiət Elmləri və Mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Yeditepe Universitetinin rektoru Prof.Dr. Mehmet Durman ilə görüş keçirib, daha sonra isə fakültə əməkdaşları ilə geniş tərkibli müzakirələr aparılıb.
Görüşün sonunda Xəzər Universiteti ilə Yeditepe Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Görüşlər zamanı tərəflər akademik əlaqələrin inkişaf etdirilməsi, elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.
Oxunub: 20