dini radikalizm və ekstremizmlə mübarizə

Çinli tələbələr “Arşın mal alan” tamaşasında


Çinli tələbələr “Arşın mal alan” tamaşasında

Xəzər Universitetində təhsil alan çinli tələbələr Dillər və ədəbiyyatlar departametinin müəllimi Mənsurə Əhmədovanın müşayiəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti əsasında 2026-cı il yanvarın 30-da Dövlət Akademik Musiqili Dram Teatrının səhnəsində “Arşın mal alan” tamaşasına baxıblar.

Azərbaycan filologiyası ixtisası üzrə təhsil alan, Pekin Xarici Dillər Universitetindən mübadilə proqramı çərçivəsində ölkəmizə gəlmiş 3-cü kurs tələbələri bu mədəni tədbir vasitəsilə Azərbaycan dili və mədəniyyətini daha yaxından tanımaq imkanı əldə ediblər.

Qeyd edək ki, çinli tələbələr Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşəbbüsü ilə daha əvvəl də “İblis” tamaşasına baxıblar.

Oxunub: 9
Oxşar xəbərlər
SON XƏBƏRLƏR