dini radikalizm və ekstremizmlə mübarizə

Hakan Fidan: Yunanıstanla problemləri həll etmək mümkündür

Hakan Fidan: Yunanıstanla problemləri həll etmək mümkündür

Türkiyə ilə Yunanıstan arasında problemləri həll etmək mümkündür.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 15-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə mövcud problemləri həll etmək üçün masa arxasına əyləşəcək:

"Bu problemlər həll olunanadək masadan qalxmayacağıq. Burada əsas problem Egey məsələsidir. Yunanıstan daxilindəki mövqe problemin tam həllinə imkan vermir. Ancaq biz lazımi görüşləri təşkil etməyə və məsələni tamamilə həll etməyə hazırıq".

Nazir bildirib ki, Yunanıstanda Türkiyənin təhdid kimi görülməsi düzgün deyil:

"Yunanıstan siyasi rəhbərliyi Türkiyə ilə problemi həll edib daxildə böhranla üzləşmək riski ilə qarşılaşmamalıdır. Ümid edirəm ki, tarixi fürsəti əldən verməyib Egey problemini həll edəcəyik. Ancaq məsələ Yunanıstan və Türkiyənin milli mənafeyi əsas götürülməklə həll olunmalıdır".

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR