dini radikalizm və ekstremizmlə mübarizə

Mərdliyi , cəsarəti ilə tanınan oğul


THal hazırda uzaq yolları fəth edirəm, yenədə yolum FB yə düşdü. anıdığım ziyalı, vətənpərvər gözəl insan Fəqan Nəsibzadənin doğum günü olduğunu öyrəndim.
Fəqan Nəsibzadəni tanıyanların Onun haqqında müsbət fikirlər söyləyəcəyinə əminəm.
Vətəndən çox uzaqda olsamda ikinci vətənimiz qardaş Türkiyədən mən də onun haqqında öz fikirlərimi oxucularımla bölüşmək istədim.
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon şöbəsinin sədri, Qarabağ müharibəsində rəşadət göstərmiş qəhrəman veteran, şəhid ailələrinin, qazilərin və veteranların əziz dostu , onlara köməyini əsirgəməyən vətən oğlu Fəqan Nəsibzadəni uzun illərdir tanıyıram . Onun sadəliyi və zəhmi, vətənsevərliyi, işinə məsuliyyəti, xalqına sevgisi, dövlətinə sədaqəti və saymaqla bitməyən müsbət cəhətlərinin şahidi olmuşam.
Fəqan Nəsibzadənin həyat yolu Vətənə xidməti torpağa bağlılıqı ilə keçib. O, Qarabağ uğrunda gedən ağır və şərəfli mübarizə illərində yalnız silahı ilə deyil, iradəsi, mərdliyi və cəsarəti ilə Azərbaycan əsgəri olaraq üzərinə düşən vəzifəni şərəflə yerinə yetirmişdir. Döyüş meydanında göstərdiyi rəşadət onun adını minlərlə döyüşçülərimiz kimi Vətənə sədaqət salnaməsinə qızıl hərflərlə yazmışdır.
Fəqan Nəsibzadə hər zaman olduğu kimi Vətənə xidmətini davam etdirərək cəmiyyətin ən həssas təbəqələrinin – şəhid ailələrinin, qazilərin və veteranların yanında dayanaraq onların dərdinə şərik olmuş, problemlərinin həlli üçün yorulmadan çalışmaqa davam etməkdədir.
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon şöbəsinin sədri olaraq fəaliyyətə davam etməsinə baxmayaraq ,döyüşçü olmaqla yanaşı tanınmış ictimai xadim olduğunu xidməti ilə sübut etməkdədir.
Onun fəaliyyəti və mübarizliyi sayəsində hüquqları tapdanmış yüzlərlə insanın hüquqlarını bərpa etmişdir. O, bu gündə silahdaşlarının və şəhid qardaşlarının ailələrinə təmənnasız xidmət edir. Qəhrəmanlıq yalnız savaş meydanında deyil gündəlik həyatda da həmvətənlilərinin qarşılaşdığı problemlərin həlli üçün vicdanla mübarizə apararaq xidmət etmək, insanlara dayaq durmaqdır.
Bu əlamətdar gündə biz də Djb. Az- ın əməkdaşları Fəqan Nəsibzadəni doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və Vətənə xidmət yolunda bitməz-tükənməz, güc - qüvvət arzulayırıq.
Doğum gününüz mübarək, Vətənimin ədalətli, vicdanlı, cəsarətli, mübariz oğlu!

Hörmətlə.
DJB. Az təsisçisi Almaz İlahə Əhmədova

Oxunub: 137
Oxşar xəbərlər
SON XƏBƏRLƏR