ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduroya ölkəni tərk etməsi üçün noyabrın 28-dək vaxt veribmiş.
Bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, noyabrın 21-i iki dövlət başçısı arasında qısa telefon danışığı baş tutub. Bu zaman Maduro Venesuelanı tərk etməyə hazır olduğunu ifadə edib, lakin bir sıra tələblər irəli sürüb. Belə ki, o özü və ailəsi üçün tam əfv, ABŞ-nin bütün sanksiyalarının ləğvini, Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı aparılan proseslərin dayandırılmasını və hökumətinin 100-dən çox yüksəkvəzifəli məmuru üzərindəki məhdudiyyətlərin götürülməsini xahiş edib.
Bundan başqa, Venesuela lideri seçkilərə qədər müvəqqəti hökumətə vitse-prezident Delsi Rodriquesin rəhbərlik etməsini təklif edib.
Tramp isə bu şərtlərin əksəriyyətini rədd edib. 15 dəqiqədən az davam etmiş söhbət zamanı Tramp Maduronun ailəsi ilə birlikdə ölkəni tərk etməsi üçün 1 həftə vaxt verib.
Məlumata görə, N. Maduro bu ultimatumu yerinə yetirməkdən imtina etdikdən sonra ABŞ Venesuela üzərindəki hava məkanının bağlandığını elan edib.
Oxunub: 0