dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

III təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19.000-ə çatan Azərbaycan 28-ci yerdə qərarlaşıb.

Ukrayna (19.600) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır.

Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində səfərdə "Şkendiya"nı (Şimali Makedoniya) məğlub edib - 1:0. "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mçərhələsində Bolqarıstanın "Levski" klubuna 0:1 hesabı ilə uduzub. "Araz-Naxçıvan" isə Bakıda Kiprin "Omoniya" komandasına böyük hesabla yenilib - 0:4.

Qeyd edək ki, UEFA reytinqində İngiltərə (94.839) liderdir.

Oxunub: 88
Oxşar xəbərlər
SON XƏBƏRLƏR