dini radikalizm və ekstremizmlə mübarizə

Ağsuda selin ekskavatoru aparması nəticəsində sahə rəisi ölüb

Ağsuda selin ekskavatoru aparması nəticəsində sahə rəisi ölüb

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər - 1982-ci il təvəllüdlü Qazax rayon sakini  Bəxtiyar Abdullayev, Gədəbəy rayon sakini  Bəxtiyar Qasımov (1988) və Cəbrayıl rayon sakini Elnur Salahov (1992) xəsarət alıb.

Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.

Oxunub: 34
Oxşar xəbərlər
SON XƏBƏRLƏR