dini radikalizm və ekstremizmlə mübarizə

Mədəniyyət naziri Bakıda vətəndaş qəbulu keçirib

Mədəniyyət naziri Bakıda vətəndaş qəbulu keçirib

Azərbaycanın Mədəniyyət naziri Adil Kərimli aprelin 9-da Bakıda növbəti vətəndaş qəbulunu keçirib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət Nazirliyində keçirilən və nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri, əsasən, işlə təmin olunma, əməyin qiymətləndirilməsi, yaradıcılıqla bağlı layihəyə dəstək verilməsi və digər məsələlərlə bağlı olub.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlər araşdırılması və qanunvericiliyə uyğun tədbir görülməsi məqsədilə qeydiyyata alınıb. Bir sıra məsələlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.






Oxunub: 91
Oxşar xəbərlər
SON XƏBƏRLƏR