"Sabahın Alimləri" XIV Respublika Layihə Müsabiqəsində Qızıl Medal!
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri Əlizadə Leyla və Quluzadə Gülay "Sabahın Alimləri" XIV Respublika Layihə Müsabiqəsində Tibb və Sağlamlıq nominasiyası üzrə I yerə layiq görülərək qızıl medalla təltif olunublar!
Bu mötəbər müsabiqədə uğur qazanan şagirdlərimizi səmimi qəlbdən təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində daha da böyük nailiyyətlər arzulayırıq!
Bu uğurun qazanılmasında əməyi keçən müəllimlərimizə dərin təşəkkürümüzü bildiririk!
Elm və bilik yolunda irəliləyən bütün gənclərimizə uğurlar diləyirik! ????
Qeyd edək ki, "Sabahın Alimləri" Respublika Müsabiqəsində qızıl medal qazanan 2 komanda ABŞ-da keçirilən "Regeneron ISEF" (International Science and Engineering Fair) beynəlxalq müsabiqəsinə vəsiqə qazanır.
#ElmVəTəhsilNazirliyi
#ARTİ
#MübarizTəhsilKompleksi
#BakıAliNeftMəktəbi
#Biofizikaİnstitutu
#AzərbaycanTəhsilİşçiləriAzadHəmkarlarİttifaqı
#SabahınAlimləri
#Qızılmedal
Oxunub: 34