Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 11 saylı tam orta məktəbdə narkomaniyaya və digər zərərli vərdişlərə qarşı maarifləndirmə tədbiri keçirilib. Polis əməkdaşları, müəllimlər və şagirdlərin iştirakı ilə keçirilən tədbirdə zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verilib.
Əvvəlcə şagirdlərə Polis Akademiyasında kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yasin Cavadov qonaqları salamlayaraq bildirib ki, narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. Görüşdə çıxış edən şəhər polis şöbəsinin rəis müavini, polis polkovniki Rüfət Zeynalov narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, insan sağlamlığına ziyanından danışıb. Həmçinin, şagirdlərə DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumat verib.
Tədbirdə eyni zamanda erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi neqativ hallara qarşı mübarizənin təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində, ailədə davamlı olaraq aparılmasının vacibliyi vurğulanıb. Həmçinin şagirdlərlə “Narkomaniyaya yox deyək”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır”, “yol hərəkəti qaydalarına əməl edək”mövzularında maarifləndirici söhbətlər aparılıb, narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub .
Tədbirdə şəhər təhsil sektorunun nümayəndəsi Gündüz Abbasov da iştirak edib.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 40