dini radikalizm və ekstremizmlə mübarizə

Onun şərəfli, məzmunlu həyat yolu və yarımçıq qalmış arzular...


“ Ömrümün ən məhsuldar dövrü gənclik illərimin bir hissəsi Görkəmli coğrafiyaçı və torpaqşünas alim , Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əliyevin yanında keçdi”. Bu sözləri bizimlə öz xatirələrini bölüşən, təqaüddə olan pedaqoq, tanınmış şəxsiyyətlərlə çiyn-çiyinə çalışmış 78 yaşlı Tövcə Hacıyeva(Toma) xanım deyir.Toma xanımı yaxından tanıyaq. O,1948-ci ildə Samux rayonunun Samux kəndində anadan olub.Toma xanım ailəsi ilə birlikdə 1954-cü ildə Samux rayonu suyun altında qaldığı üçün onlarda Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinə köçürlər. Birinci sinifədə elə həmin qəsəbədə gedib.1966-67 ci tədris ilində orta məktəbin 11-ci sinfini bitirir.Daha sonra 1968-ci ildə Kirov adında Bakı Dövlət Universitetinin Mexanika -Riyaziyyat fakultəsinin axşam şöbəsinə qəbul olub.Özünün dediyi kimi axşam şöbəsində oxuyan tələbələr hökmən bir yerdə işləməli idilər. Toma xanım da Azərbaycan Coğrafiya İnstitutunun Xəzər şöbə bölməsində baş labarant kimi qəbul olub. Burada o, Görkəmli coğrafiyaçı və torpaqşünas alim ,akademik Həsən Əliyev və şöbənin müdiri ,Azərbaycan coğrasiyasını yazan professor Gülün yanınd çiyin-çiyinə çalışıb. Daha sonra Toma xanım Kommunist partiya sıralarına üzv qəbul olub. Həmçinin Coğrafiya İnstitutunun partiya komitəsinin büro üzvü də seçilib.
Toma xanım deyir ki,onun gənclik illərinin ən məhsuldar illəri də elə bu görkəmli şəxsiyyətlərin yanında keçir. Toma xanım deyir ki,dünyada elə şəxsiyyətlər olur ki, onlar ömürlərini millətin yolunda şam kimi əridir, hələ sağ ikən əbədilik qazanır və həyatla vidalaşandan sonra sanki ikinci ömür yaşayır, daim
xatırlanırlar:” Akademik Həsən Əliyevin Azərbaycanda coğrafiya elminin inkişafında, xüsusilə qloballaşmış ekocoğrafi problemlərin həlli sahəsində əvəzsiz tövsiyyələri və xidmətləri
olmuşdur. Akademik Həsən Əliyev universiteti bitirən aktiv tələbələri bizim şöbəyə dəvət edirdi və onları Moskvaya məqsədli aspiranturaya oxumağa göndərirdi. Fizikləri,riyaziyyatçıları işlətməkdə məqsəd o idi ki,gələcəkdə kosmos problemləri institutu üçün kadr hazırlayırdı. Biz fiziklər-riyaziyyatşılar bu sahədə işləyirdik.Mən Həsən Əliyevdən nəinki elm hətta ən çox işinə məsuliyyətlə yanaşmanı , həyatı davam etməyi,hər şeyi dəqiq işləmək və o dəqiqlik bu günə qədər məndə davam edir.Akademiklərlə,professorlarla,elmlər namizədləri ilə çalışmaq özü bir həyati dərs idi.Orada aldığım düzlük artıq mənim qanıma hopub. Bu gün 78 yaşın içərisindəyəm yaşadığım o düzlüyü ,dəqiqliyi davam etdirirəm,hətta bunu mən övladıma da aşılamışam.Bu gün də mənim oğlum məndən aldığı bu həyat dərsini öz ailəsinə aşılayır.
Mənim ən böyük arzum Aspiranturaya daxil olmaq idi və akademiyada qalıb işləmək. 7 ilə yaxın akademiyada çalışsamda heç ayrılmaq istəmədiyim kollektivdən anam məni ayırıb Mingəçevirə gətirdi.Ona görə ki,atam rəhmətə getdi biz məcbur olub Mingəçevirə qayıtdıq. Və mənim bütün arzularım yarımçıq qaldı”.
Toma xanım bizə Mingəçevirlə bağlı xatirələrini də danışdı. Burada ailə həyatı qurdu həyat yoldaşı da riyaziyyat müəllimi olub. Bu izdevacdan bir oğlu olub. 2 nəvəsi var. Mingəçevirdə də çox maraqlı və mənalı bir ömür sürüb. Belə ki,50 ilə yaxın iş staşı olan xanım Mingəçevirdə iş fəaliyyətini davam etdirib.
Söhbətimizin ən maraqlı məqamı 13 rəqəmindən düşdü.Toma xanım deyir ki,bəzi adamlar deyir 13 rəqəmi mənə düşmür. Amma Toma xanımın həyatında 13 rəqəmləri daha yadda qalan olub. Belə ki,iş fəaliyyətləri dövrü 13 rəqəmləri ilə başlayıb və bitib. 13 il Toxuculuq Kombinatının siyasi-maarif kabinetinin müdiri, 13 il toxuculuq kominatının nəzdində fəaliyyət göstərən uşaq bağçasının müdir vəzifəsində,13 il şəhər 3 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyib. 2013-cü ildə isə həmin məktəbdən yaşa görə təqaüdə çıxıb.
Artıq təqüddə olan xanım boş vaxtlarını evindəki kiçik kitabxanasında olan kitabları oxumaqla və birdə gənclik illərinin foto-albomdakı şəkillərə tamaşa etməklə keçirir. Biz də ona bundan sonrakı həyatında ən şirin nemət can sağlığı arzulayırıq. İnsanlara sağlığında qiymət verək. Onlar xatırlandıqca sanki gəncləşir,həyata olan maraqları artır. Gəlin belə insanlarla ünsiyyətdən qaçmayaq.

Esmira Hidayətova,Mingəçevir.


Oxunub: 198
Oxşar xəbərlər
SON XƏBƏRLƏR