Mərkəzi Aran Regional Gənclər və İdman idarəsi fəaliyyətinin 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib. Əvvəlcə ulu öndər H.Əliyevin,vətənimizin azadlığı,ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və 25 dekabr tarixində baş vermiş təyyarə qəzasında həlak olanların xatirələrini 1 dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman idarəsi tərəfindən Mingəçevir şəhərində gənclər və idman sahələri üzrə keçirilən tədbirlər slayd vasitəsi ilə nümayiş olunub. MARGİİ –nin rəisi Azad Gözəlov öz çıxışında tədbir iştirakçılarını salamlayıb.Qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb.Qeyd edib ki,2024-cü ili ölkəmiz üçün uğurlu hesab etmək olar:”Belə ki,cari ildə ölkəmiz bir sıra uğurlara imza atmışdır. Bu il keçirilən Paris Olimpiadasında ölkəmiz 2 qızıl,2 gümüş,3 bürünc medal qazanaraq 30-cu yerdə qərarlammışdır. Bununla yanaşı müxtəlif idman növləri üzrə beynəlxalq yarışlarda ölkəmiz medallarının sayını zənginləşdirməkdədir. Bu isə öz növbəsində dünya ictimayyətini ölkəmizi idman ölkəsi kimi tanınmasına,ölkəmizin nüfuzunun beynəlxalq arenalarda yüksəlməsinə səbəb olur. Təsadüfi deyil ki,bu ilin noyabr ayında ölkəmizdə “Cop 29”-un keçirilməsi dünya ölkələrinin Azərbaycana olan etimadın,inamın və ölkəmizin nüfuzunun göstəricisidir”.
Tədbirdə qeyd olunub ki,Mərkəzi Aran Regional Gənclər və İdman idarəsi özündə Mingəçevir şəhərini,Yevlax,Ağdaş,Göyçay,Ucar,Zərdab,Kürdəmir rayonlarını birləşdirir. İdarə yarandığı gündən etibarən regionda,ölkə gənclər və idman siyasətini uğurla həyata keçirir.Təkcə bu il regionumuzda gənclər sahəsi üzrə 360 tədbir keçirilib ki,bu tədbirlərdə 15491 gənc iştirak etmişdir. O da qeyd olundu ki,idman sahəsi üzrə isə 202 tədbir keçirilmiş və bu tədbirlərdə 11624 nəfər yeniyetmə və gənc idmançılar iştirak etmişdir. Mingəçevir şəhərində isə gənclər sahəsi üzrə 39 tədbir keçirilmiş və bu tədbirlərdə 2793 nəfər gənc iştirak etmişdir. İdman sahəsi üzrə isə 45 tədbir keçirilmiş və bu yarışlarda 2949 nəfər idmançı iştirak edib. Ümumilikdə isə Mingəçevir şəhərində həm gənclər,həm idman sahəsi üzrə 84 tədbir keçirilmiş,5742 nəfər bu tədbirlərdə iştirak etmişdir.
Yekun tədbirində Mingəçevir Gənclər Evi Sosial Xidmət müəsissəsinin direktoru Tural Kərimov,”Kür”Olimpiya Tədris İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev çıxış ediblər.
Tədbirin sonunda Gənclər və İdman sahəsində tədbirlərin həyata keçirilməsində öz dəstəklərini göstərən qurumların əməkdaşlarına MARGİİ-nin diplom və fəxri fərmanları təqdim olunub.
Esmira Hidayətova,Mingəçevir
Oxunub: 246