dini radikalizm və ekstremizmlə mübarizə

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram şənliyi keçirilib.


31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram şənliyi keçirilib. Uşaqları təbrikə gələn şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov onlarla görüşüb, bayramlarını təbrik edib. Sanatoriyanın yeni il atributları, yolka, müxtəlif şarlar ilə bəzədilmiş zalında keçirilən tədbirə Mingəçevir Dövlət Dram teatrının aktyorları uşaqların yaddaşında xoş anlar yaşadıblar. MŞX-nın publik-hüquqi şəxsin direktoru, həkim Ülfət Qurbanov, həmkarlar təşkilatının sədri, həkim Allahverdi Alıyev, sanatoriyanın işçiləri tədirdə iştirak ediblər. Burada bayram süfrəsi açılıb. Şirniyyatlar, şirin içkilər düzülmüş süfrələrə Azərbaycan mətbəxinin şahı olan plov gətirilib. Yolka ətrafında şənlənən uşaqlar sağlamlıq imkanları məhdud olsalar da öz bacarıqlarını göstəriblər. Tibb işçilərinin köməkliyi ilə süfrəyə düzülmüş təamlardan dadaraq bayramı qeyd ediblər.

Esmira Hidayətova




Oxunub: 180
Oxşar xəbərlər
SON XƏBƏRLƏR