dini radikalizm və ekstremizmlə mübarizə

Nur şəhəri bayramlar ərəfəsində.


Azərbaycan Prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısı nəticəsində doğma yurdumuz inkişaf edir, çiçəklənir, iqtisadi və siyasi qüdrəti daha da güclənir. Nur şəhəri Mingəçevir də bu diqqət və qayğıdan lazımınca bəhrələnir, şəhər gündən - günə abadlaşır və gözəlləşir. Mingəçevir bayramlar ərəfəsindədir. Şəhər başdan –başa bəzədilib. Müasir şam ağacı bəzədilib,rəngbərəng lampalar şəhərin gözəlliyinə bir başqa gözəllik qatır. İstər şəhər sakinləri,istərsə də şəhərə gələn turistlər burada rahat istirahət edir, vaxtlarını bu gözəl şəhərdə səmərəli keçirir.
Mingəçevirin inkişaf etməsində şəhər İcra Hakimiyyətini,Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin kollektivinin,Yaşıllaşdırma idarəsinin əməyi də danılmazdır. Onlar bu gözəlliyi insanların rahat yaşaması üçün əllərindən gələni əsirgəmir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə şəhərin abadlaşdırılması və bəzədilməsində, küçə və ağacların al-əlvan isıqlandırılmasında adı keçən kollektivlər gecə-gündüz çox böyük fərəh və ruh yüksəkliyi ilə çalışaraq, nur şəhərini nura çevirdilər.
Doğrudan da, bu şəhərin gecəsi də, gündüzü kimi nurlu, aydındır. Ancaq belə demək mümkünsə Mingəçevirin bugünkü nuru daha çox onun sabahına aydınlıq gətirir.

Esmira Hidayətova,Mingəçevir.



Oxunub: 185
Oxşar xəbərlər
SON XƏBƏRLƏR