14.12.2024-cü il tarixdə saat 00:36-da başlayan şimal-qərb küləyinin orta sürəti 18 m/s , daha sonra maksimal sürəti 32 m/s olmuşdur. Güclü külək nəticəsində şəhər ərazisində 120 ədəd ağac qırılaraq yerə düşürmüş, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranmış, 15 ədəd yaşayış binasının dam örtüyünü (977 kv.m) uçurmuş, 9 ədəd fərdi evin dam örtüyünə ziyan vurmuş, 3 ədəd fərdi evin həyətində daş barını aşırmış, qopan dam örtüyünün şiferləri 3 ədəd nəqliyyat vasitəsinin üzərinə düşərək abtomobili zədələmiş, 1 səhiyyə, 1 mədəniyyət, 3 təhsil müəssisəsinin binasının dam örtüyünə, 1 yanacaqdoldurma məntəqəsinə ziyan vurmuş, 9 yerdə telefon və internet xətləri qırılmış, 8 ərazidə üzərinə ağac aşması nəticəsində qaz xətti əyilmiş, 6 ədəd beton elektrik dirəyi və 4 ədəd işıqlanma dirəyi zədələnmiş, bir neçə yerdə işıq xətləri qırılmışdır. Şəhərdə elektrik enerjisinin təchizatında fasilə yaranmışdır. Şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanmış, nəqliyyata və hərəkətə mane olan ağaclar hərəkət zolağından götürülmüş, elektrik enerjisində fasilələr aradan qaldırılmağa başlanmış, hazırda bərpa işləri davam etdirilməkdədir.
Mingəçevir şəhər Fövqəladə Hallar Komissiyası
Oxunub: 216