29.10.2024-cü il tarixdə Mingəçevir şəhər 17 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” komissiyasının sədri Hikmət Kərimov , Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev,Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova iştirak etmişlər.
Əvvəlcə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı şagirdlərə ŞPŞ-nin rəisi Ədalət Əliyev ətraflı məlumat verib. Akademiyada gənclərimizin inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışıb.
Sonra Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub .
Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.
Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 496