Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.
1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev çalışdıqları müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.
Nəticədə hər iki şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
FHN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hadisə barədə quruma müraciət daxil olmayıb.
Oxunub: 39