Bu gün azərbaycanlı məktəblilər II dəfə Beynəlxalq Kosmik Stansiya ilə radio əlaqə qurub.
Bu, gələn ay Bakıda keçiriləcək Ümumdünya Kosmos Həftəsi çərçivəsində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") və "Azərbaycan Radiohəvəskarlar Cəmiyyəti" İctimai Birliyinin təşəbbüsü ilə baş tutub.
Görüşün keçirilməsində əsas məqsəd orta məktəblərdə oxuyan şagirdlərin kosmosa olan marağının artırılmasıdır. Məktəblilərin suallarını Beynəlxalq Kosmik Stansiyanın İtaliyadan olan kosmonavtları cavablandırıb.
Oxunub: 115