dini radikalizm və ekstremizmlə mübarizə

Qız uşağını tülkü ilə səhv salıb GÜLLƏLƏDİ


Fransada bir kişi ukraynalı qaçqının qızına tüfənglə atəş açıb.

İyun ayında anası ilə birlikdə ölkənin cənubundakı Buşez-du-Ron departamentində yaşayan 11 yaşlı Culiya yaxınlıqdakı üzüm bağlarında gəzintiyə çıxıb.

Qızcığaz burada 10 yaşlı oğlu ilə dost olduğu yerli fermanın sahibi Yanniklə rastlaşıb. Kişi qızı yaxşı tanıyıb, amma nədənsə bir gün evinin qabağında kolluqda oturanda onu güllələyib. Zərərçəkmiş xəstəxanaya aparılıb. Daha sonra fermer bildirib ki, onu tülkü ilə səhv salıb.

“Onun məni tülkü ilə səhv salması mənə bir az qəribə gəldi, çünki çöldə hələ bir az işıq var idi və məncə, açıq-aşkar görünürdüm”, - zərərçəkmiş məhkəmə prosesində bildirib.

Atəş açan şəxs elektron poçtla Culiyanın anasından üzr istəyib və etdiyi əməldən peşman olub. Lakin məhkəmənin hökmü ilə fermer iki il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin zərərçəkənə təzminat ödəməli olacaq.

Oxunub: 97
Oxşar xəbərlər
SON XƏBƏRLƏR