dini radikalizm və ekstremizmlə mübarizə

Sertifikatlaşdırma prosesinə start verilib


İyunun 21-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırmanın ilk mərhələsi 2 imtahan mərkəzində (Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar lisey və Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəb) təşkil olunur.
Mərkəzi Aran RTİ üzrə sertifikatlaşdırmanın test imtahanı mərhələsinin I seansında 422 nəfər olmaqla, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri dəvət olunub.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq şöbəsinin baş məsləhətçisi Anar Xələfzadə test imtahanı prosesinin gedişatını izləyir.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.

Esmira Hidayətova,Mingəçevir.



Oxunub: 162
Oxşar xəbərlər
SON XƏBƏRLƏR