dini radikalizm və ekstremizmlə mübarizə

" İngilis dili danışıq klubu " adlı məktəb layihəsinin bağlanış təqdimatı keçirilib


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində icra olunan " İngilis dili danışıq klubu " adlı məktəb layihəsinin bağlanış təqdimatı keçirilib.
Bildiyimiz kimi, XXI əsrin ən vacib günün tələbinə çevrilən hava su kimi təlabatımız olan xarici dil beynəlxalq dil olaraq öz sözünü deyir. Şagirdlərimiz üçün müəyyən baza əsasında inkişaf klubu yaradılması, onların müəyyən qrafiklə bu fəaliyyət ilə məşğul olmaları, istedad, yaradıcılıq, maraq sahələri daha çox artmasına nail oluna bilər. Bu isə onlara inkişaf etmək, təkmilləşmək üçün daxili motivasiya verər. Valideylərin övladlarının asudə vaxtlarını səmərəli və effektli bir şəkildə qurulması daha faydalı təhsil alətinə çevirmək xarici dil danışıq klubu proqramları ilə fəaliyyəti nəzərdə tutulmağını faydalı alındı.
Layihə rəhbəri tərəfindən icra edilmiş " İngilis dili danışıq klubu " adlı məktəb layihəsi məhz uşaqların istedadını vaxtında aşkar edərək inkişaf etdirməyə, eləcə də şagirdlərin xarici dilə yönəlməsinə həsr edilib və ona görə aktuallığı ilə seçilib.
Layihə şagirdlərimizi ingilis dili danışıq dərslərinə cəlb etməklə onlarda bu fənnə daha çox maraq aşılamaq tam sərbəst ingilis dilində danışaraq arzuladığımız nəticəni əldə etməyi məqsəd kimi qarşıya qoymuşdur və müəyyən etdiyi vəzifələrin yerinə yetirilməsi sayəsində buna əsasən nail olmuşdur.
Layihədə ilkin olaraq ingilis dilinə marağı olan 50 şagird seçilmişdir. Layihəyə cəlb edilən 50 şagird təlimçilərin iştirakı ilə müxtəlif fəaliyyətlərə cəlb edilərək maraq və istəklərindən asılı olaraq 2 qrupa bölündü. Bu qruplar üçün təlim qrafiki müəyyənləşdirildi və praktiki təlimlər keçirildi. Şagirdlər 6 ay boyunca həftədə 2 dəfə olmaqla təlimlər keçirildi. Təlim boyu hər mövzu üzrə fəaliyyətlər mənimsənildikdən sonra praktiki oyunlar ilə. Kiçik dialoqlar əsasında iştirakçılar tərəfindən yoxlanıldı.
Təlimin nəticəsində şagirdlərin hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi formalaşması üçün vacib olan ingilis dili danışıq qabiliyyəti yüksək səviyyədə inkişaf etdirilmiş olduş şagirdlər öz həmyaşıdları ilə bərabər xarici dildə ünsiyyət quraraq əməkdaşlıq etməyi bacarırlar. Müxtəlif fəaliyyətlər şagirdlərin öz maraq dairələrini, bacarıqlarını aşkarlamağa, özünə inam hissinin formalaşmasına, daim yaradıcı inkişafa, araşdırmağa və təhlil və təqdim etməyə kömək etmək imkanı əldə edilmişdir.
Beləliklə, " İngilis dili danışıq klubu " adlı məktəb layihəsinin icrası tam yerinə yetirilib və uğurla yekunlaşmışdır.

Esmira Hidayətova




Oxunub: 281
Oxşar xəbərlər
SON XƏBƏRLƏR