dini radikalizm və ekstremizmlə mübarizə

Putin: Təhlükəsizliyi təmin etmək üçün Qərb sxemi işləmir


"Dünyada heç bir ölkə “Qərb diplomatiyası”nın qurbanları siyahısına daxil olmaqdan sığortalanmayıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Qərbin eqoizmi və təkəbbürü son dərəcə təhlükəli bir vəziyyətə gətirib çıxarıb:

"Biz artıq geri dönüşü olmayan nöqtəyə yaxınlaşmışıq. Dünyada strateji sabitlik məhz Vaşinqton tərəfindən pozulub", deyə Putin vurğulayıb.

Rusiya Prezidenti qeyd edib ki, ötən əsrin sonunda dünyanın etibarlı təhlükəsizlik sistemi qurmaq üçün unikal şansı olub.

"Rusiya Federasiyası buna sadiq idi, lakin Qərb başqa cür hesab etdi. Rusiya daim Qərbin kursunun səhv olduğunu göstərir, sadəcə tənqid etmir, həll yollarını təklif edir. Rusiya Federasiyası dəfələrlə hamı üçün optimal beynəlxalq təhlükəsizlik sistemi yaratmaq üçün həll yolları təklif edib, lakin Qərb onun ideyalarına məhəl qoymayıb".

Putin əlavə edib ki, təhlükəsizliyi təmin etmək üçün Qərb sxemi işləmir, "NATO tipli diplomatiya" əks nəticə verir.

Oxunub: 53
Oxşar xəbərlər
SON XƏBƏRLƏR