dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb


Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının ikinci günündə 2 qızıl və 3 bürünc medal qazanıblar.

M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq) qızıl mükafat əldə edib.

Azər Fətullayev (81 kq) və Nizami Məmmədov (100 kq) bürünc medala sahib çıxıblar.

M4 yaş kateqoriyasında Emil Hüseynov qızıl (100 kq) Əli Əlibəyli (73 kq) isə bürünc mükafata yiyələnib.

Qeyd edək ki, daha əvvəl Fərhad Rəcəbli (90 kq) qızıl, Nazim Əliyev (90 kq) və Vahid Azərpur (66 kq) bürünc medal qazanıb.

Oxunub: 83
Oxşar xəbərlər
SON XƏBƏRLƏR