dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda iştirak edib


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubay şəhərində 6-cı MENA Ali Təhsil Liderlik Forumu (The 6th MENA Higher Education Leadership Forum) öz işinə başlayıb. Qeyd edək ki, 2013-cü ildən etibarən iki ildən bir keçirilən MENA Ali Təhsil Liderlik Forumu ali təhsil liderlərini və qərar qəbul edənləri bir araya gətirən aparıcı qlobal platformalardan biri hesab olunur. “Məşğul universitetlərin yeni nəslinə doğru: hərəkətə keçmək, uyğunlaşmaq və transformasiya etmək zərurəti” mövzusunda təşkil edilən forumunda Mingəçevir Dövlət Universitetini rektoru Şahin Bayramov iştirak edib. Dünyanın bir sıra universitet rektorlarının iştirak etdiyi seminarda aşağıda qeyd edilən çıxışlar xüsusi maraqla qarşılanıb:
- Davamlılığın strateji planlaşdırmaya inteqrasiyasına dair praktiki anlayışlar.
- Universitet şöbələri arasında əməkdaşlığın təşviqi üçün strategiyalar.
- Sənaye tərəfdaşları ilə effektiv ünsiyyət və danışıqlar üçün alətlər.
- Ali təhsildə davamlılığın uğurlu tətbiqi nümunələri və nümunələri.
6-cı MENA Ali Təhsil Liderlik Forumu (The 6th MENA Higher Education Leadership Forum) maraqlı, faydalı və məhsuldar keçib. Rektor Şahin Bayramov sosial media hesabında forumun əhəmiyyətli platformaya çevrildiyini qeyd edib.

Oxunub: 61
Oxşar xəbərlər
SON XƏBƏRLƏR