Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Ramazan bayramı münasibətilə sosial media hesabında paylaşım edib. Paylaşımda deyilir:
Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin dəyərli üzvləri! Əziz dostlar!
Müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edirik!
Uca Allah tutduğunuz orucu və etdiyiniz duaları qəbul etsin!
Ramazan bayramı ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət, həyatınıza sevincli günlər gətirsin!
Ramazan bayramınız mübarək olsun!
Oxunub: 171