Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar ölkəmizin Rusiyadakı səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı Baş konsulluqlarda seçki məntəqələri açılacaq.
Secki-2024.az saytının xəbərinə görə, seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.
Seçki məntəqələrinin ünvanları:
Moskva şəhəri, Voznesenski prospekti, 15;
Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, 27;
Yekaterinburq şəhəri, Karl Leybnits küçəsi, 5;
Məlumat üçün bildirək ki, səsvermədə Azərbaycanın 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan Respublikası vətəndaşının pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkisi dövründə Rusiya Federasiyasına səfər etməyi planlaşdıran və səsvermədə iştirak etmək istəyən vətəndaşlardan da kənardaqalma bülletenləri gətirmələri xahiş olunur.
Oxunub: 126