dini radikalizm və ekstremizmlə mübarizə

Afrika Millətlər Kubokunda 1/4 finalın bütün cütlükləri


Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

1/8 finalın son oyununda Cənubi Afrika millisi Mərakeş üzərində 2:0 hesablı qələbə qazanıb.

Cənubi Afrika növbəti raundda “Qarabağ”ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verdeyə rəqib olub.

1/4 final mərhələsinin görüşləri fevralın 2-3-də keçiriləcək.

Afrika Millətlər Kuboku
1/4 final

2 fevral
21:00. Nigeriya – Anqola
00:00. Konqo DR – Qvineya

3 fevral
21:00. Mali – Kot-d'İvuar
00:00. Kabo-Verde – Cənubi Afrika

Oxunub: 74
Oxşar xəbərlər
SON XƏBƏRLƏR