Kanada hökuməti müdafiə sənayesi şirkətlərinə PUA komponentlərinin Türkiyəyə satışına qoyduğu qadağanı aradan qaldırıb.
Kanada hökumətinin rəsmi məlumatında qadağanın artıq qüvvədə olmadığı bildirilib.
Qeyd edək ki, Kanada sözügedən qadağanı 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Türkiyə PUA-larından istifadə etməsindən sonra tətbiq etmişdi.
Bir neçə gün öncə bu qadağanın qaldırılacağı haqda "Röyters" məlumat yaymışdı.
Oxunub: 130