Hərbi əsirlərin olduğu İl-76 təyyarəsi 3 raketlə vurulub.
Bu iddia ilə Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Andrey Kartopolov deyib.
“Ukrayna rəhbərliyi gözlənilən mübadilədən yaxşı xəbərdar idi, onlara əsirlərin necə çatdırılacağı barədə məlumat verildi, lakin İl-76 təyyarəsi “Patriot” və ya Almaniya istehsalı olan İRİS-T zenit-raket sistemindən üç raketlə vuruldu. Mütəxəssislər bunu araşdıracaqlar”, - Kartopolov bildirib.
Oxunub: 199