dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya istədiyi vaxt Ermənistan iqtisadiyyatının "işığını söndürər" -AÇIQLAMA



Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək. Paşinyan Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə də qatılacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, lakin İrəvandan bildirilib ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının sessiyasında və MDB liderlərinin qeyri-rəsmi görüşündə iştirak edib-etməyəcəyi barədə hələ qərar verməyib: "Sessiya yaxınlaşan kimi, Baş nazir qərar verəcək. Hazırda bu məsələ ilə bağlı heç bir qərar yoxdur".



Siyasi şərhçi Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan qərarları anidən və təsadüfən vermir, verə bilməz.

Ekspert diqqətə çatdırıb ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasına getmədi, çünki bu təşkilatdan gözlədiklərini ala bilməmişdi: "KTMT Qarabağ məsələsində, Azərbaycanla münaqişədə, sərhədlərin delimitasiya və demarkasiyası prosesində hər hansı reaksiya vermədi. Ermənistan bir növ küsdüyü üçün sözügedən qurumun iclaslarında iştirak etməmişdi. Amma bu dəfə söhbət Avrasiya İqtisadi Birliyinin iclasından gedir. Yaxşı bilirik ki, Ermənistan iqtisadiyyatının 75 faizə qədəri Rusiyanın əlindədir. Rusiya istədiyi vaxt Ermənistan iqtisadiyyatının "işığını söndürə" bilər. İctimaiyyət də, Ermənistan iqtidarı da bunu yaxşı başa düşür”.

Onun sözlərinə görə, İrəvana qoyulan tələblər ondan ibarətdir ki, ya Rusiyanın təsir dairəsinə geri qayıdaraq müvafiq iclaslarda iştirak etməlidir, yaxud da iqtisadiyyatını çökəltmək yönündə fəaliyyətlərə başlanacaq. Əlbəttə, Rusiya Ermənistanın iqtisadiyyatını çökəltmək istəməz.

Fuad Abbasov: İrəvan Moskvanı onda ittiham edir ki, onlara hərbi cəhətdən köməklik göstərmədi

Analitik vurğulayıb ki, Rusiyadan Ermənistana göndərilən vəsaitlərin miqdarı bütün dünyada erməni diasporuna, Amerika və Avropanın topladığı vəsaitlərin hamısından daha çoxdur: "Ermənistan iqtisadiyyatını ayaqda saxlayan Rusiyada işləyən ermənilərin ölkəyə göndərdikləri pul vəsaitləridir. İrəvan Moskvanı onda ittiham edir ki, onlara hərbi cəhətdən köməklik göstərmədi, yaxud göstərmək istədi, amma bacarmadı. Səbəblər müxtəlif ola bilər, amma iqtisadiyyat mövzusunda durum tamamilə fərqlidir. Rusiya Ermənistanın iqtisadiyyatını məharətlə idarə etməkdədir. Reallıqların fərqinə varan Paşinyan hökuməti Kremlə məlumat göndərərək Sankt-Peterburqa gelə biləcəyini elan edib".

Oxunub: 396
Oxşar xəbərlər
SON XƏBƏRLƏR