Ermənistan hakimiyyəti iqtidarı saxlamaq üçün növbədənkənar seçkilərə getmək məsələsini müzakirə edir.
Bu barədə “Pastinfo”nun əldə etdiyi məlumatda bildirilib.
Qeyd edilir ki, bir müddət əvvəl İrəvanda keçirilən mer seçkilərinin xoşagəlməz nəticələri Ermənistanın hakim “Mülki müqavilə” partiyasını narahat edib. İddialara görə, hakim partiyanın funksionerləri Baş nazir Nikol Paşinyana müxalifətin zəif olduğu bir vaxtda növbədənkənar seçkilər barədə düşünməli olduğunu başa salıblar.
Bildirilib ki, əsl müxalif siyasi qüvvənin meydana çıxacağı təqdirdə “Mülki müqavilə” inzibati resurslardan istifadə etsə belə, hakimiyyəti əldə saxlaya bilməyəcək və ona görə də yeni yaz seçkilərinə getmək variantı müzakirə olunur.
Oxunub: 305