dini radikalizm və ekstremizmlə mübarizə

Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu


"TÜRK DİLLİ DÖVLƏTLƏRİN BİRLİYİ ZAMANIN TƏLƏBİDİR" adlı "Beynəlxalq elmi-praktik konfransda və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük qayıdışa gedən yol : Bakı-Tbilisi-Ceyhan" kitabının təqdimatında iştirak edib. Konfransda Millət Vəkilləri, Rusiyanın bir neçə regionlarında Azərbaycanı təmsil edən diaspora rəhbərləri, Türkiyədən gələn iş adamları, alimlər, professorlar, QHT rəhbərləri, şəhid ailələri, qazilər və media nümayəndələri iştirak ediblər.
Konfrans öncəsi media nümayəndələrinin iştirakı ilə mətbuat brifinqi keçirilib. Konfransın əsas təşkilatçısı Mirkazım Seyidov media mənsublarının suallarına geniş və əhatəli şəkildə cavab verib.
Konfrans öz işinə başladıqdan sonra Mirkazım Seyidov və diğər çıxışçıların konfransın əsas mahiyyətini əks etdirən fikirləri böyük alqışlarla qarşılanıb. Bu cür beynəlxalq konfransların keçirilməsinin vacibliyi vurğulanıb.
Birlik sədri Yasəmən Qəyyumlu çıxışı zamanı onlarla kitabın müəllifi Mirkazım Seyidovun 40 illik fəaliyyətindən , dövlətə sadiqliyindən və ölkə hüdudlarından kənarda Azərbaycançılığın təbliğindən danışıb.
Konfransın rəsmi hissəsi bitdikdən sonra bədii hissə iştirakçılar xoş əhval ruhiyyə bəxş edib.
Daha sonra konfrans iştirakçıları ziyafətə dəvət olunublar.
Birliyimiz gələcəyimizdir.

Fərid Səfərov
Birliyin mətbuat katibi












Oxunub: 370
Oxşar xəbərlər
SON XƏBƏRLƏR