dini radikalizm və ekstremizmlə mübarizə

FƏRQLİ BİR GƏNC TANIYIRAM:ÖZÜM KİMİ!


Adamı tanımaq o qədər də qəliz və çətin məsələ deyil.Elə ilk baxışdan adam özü-özünü tanıtdırır.Sözüylə...davranışı və ləyaqəti ilə.Ona görə də tanımağa,ona dərindən bələd olmağa heç bir ehtiyac da qalmır.Deyirlər ki,adamı geyiminə görə qarşılayıb...ağlına görə yola salarlar.Sadəcə,bu incə işdə həssas və diqqətli olmaq kifayətdir... Hansısa bir filosof demişdir ki,"İnsan dilinin altında gizlənmişdir.Onu danışdır və gör!"
Ceyhunu da mən belə tanımışam,filosofsayağı...Mənim yerlimdir.Zəngilanın Mincivan qəsəbəsində doğulub.Məcburi köçkün düşəndən sonra az müddət ərzində Bakıda yaşamış,sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasının Tomsk şəhərinə köçmüşlər.
Orta təhsilini,hərbi xidmətini də elə qəriblikdə başa vurmuşdur.
İsmayılov Ceyhun Məhərrəm oğlu ilə tanışlığım bu yaxınlarda mənim Ad günümdə-"Yetmiş gildə" göyərdi! Eleqant oğlandır.Elə adının mənasından da ona valeh olmamaq mümkün deyil.Müasir və temperamentualdır.
Çox bilgili,məlumatlı və təsəvvürlüdür.Gülərüz,mehriban və səmimidir.
Yaşının az olmasına baxmayaraq maraqlı və diqqəti cəlb edəndir.
Şirin söhbətləri,oratorluğu adama "yağ kimi yapışır".
Olduğu və göründüyü kimidir.Yaradıcı və diqqətlidir.Belə savadlı bir gəncin sadəliyi nəyə desən,dəyərdi!
Hiss etdim ki,Ceyhun işinə qarşı da belə çevik,aktiv və məsuliyyətlidir.Avtomatikanı,rəqəmsal inkişaf prosesini,kompyüter texnologiyasını incəliklərinə qədər bilir.
Bilmədiyi,maraqlanmadığı sahə yoxdur.Yaxşı aurası var.İnformasiya-məlumat seqmeti genişdir.Ceyhunun gözəl fenomen yaddaşı var.Həm də çox dil biləndir,yəni poliqlotdur.
Ana dilindən- (Azərbaycan türkü) başqa rus,ingilis dillərində də sərbəst danışır və tərcümələr edir...
Söhbət əsnasında öyrəndim ki,Ceyhun Tomsk Dövlət Universitetinin Tarix-Fəlsəfə fakültəsini bitirib.Leyla Əliyevanın rəhbərliyi altında Rusiyada fəaliyyət göstərən "AMOR" Azərbaycan Cəmiyyətinin üzvü olmaqla Tomsk şəhərində gənclər qanadının Mədəniyyət şöbəsi üzrə sədri seçilib.Tomsk şəhərində yaşayan Azərbaycanlılar arasında mədəniyyətimizin,ədəbiyyatımızın və tariximizin tanınmasında,təbliğində və yayılmasında müstəsna xidmətləri olmuşdur.Tomsk şəhərində gənclər arasında diasporanın gücləndirilməsində,tərəqqisində Ceyhun İsmayılovun əməli və yaradıcı işləri yüksək qiymətləndirilmiş,dəfələrlə Fəxri fərmanlarla,Tərifnamələrlə mükafatlandırılmışdır.
Elmlə ciddi məşğul olması Ceyhunu Cəmiyyət arenasında daha nüfuzlu və hörmətli etmişdir.Belə ki,onun müxtəlif səpkili elmi-fəlsəfi məqalələri müxtəlif rus nəşrlərində müntəzəm olaraq işıq üzü görmüşdür.
Uzun müddət qürbətdə yaşayıb...işləməsinə baxmayaraq yenə də İsmayılovlar ailəsinin qəlbi Vətən eşqi,Yurd sevgisi ilə-doğma Zəngilan həyatı ilə döyünübdür.
20 Oktyabr 2020-ci ildə Zəngilan işğaldan azad olunanda isə sevincləri yerə-göyə sığmayıbdır.
Tez bir müddətdə isə yır-yığış edib,Azərbaycana-Bakı şəhərinə dönmüşlər.
Yaşı 35-i haqlayan Ceyhundan "niyə indiyəcən belə subay qalmısan? ritorik sualına da Ceyhun özünəməxsus bir şəkildə cavab verdi:
-Düzdür,məni bu işdə qınayanlar az deyildi.
Hələ torpaqlarımız işğal altında idi,qəlbən sevinə bilmirdim,könlüm açılmırdı.Anama dedim ki,yox...mən qəriblikdə ailə həyatı qura bilmərəm.
İnşalllah,torpaqlarımız işğaldan azad olunar, gedib,öz qızlarımızdan birini seçib-sevib evlənərəm! Sağ olsun,anam da mənim dəstəkçim oldu.Hələ məni mükafatlandırdı da..."Əsl patriot belə olar" deyib,üz-gözümdən öpdü və kövrəldi də...
İndi İsmayılov Ceyhun Məhərrəm oğlu Azəravtoyol Dövlət Agentliyinin məsul əməkdaşıdır.Kollektivdə böyük hörmət və rəğbət qazanmışdır.İstedadına, talantına və bacarığına görə.
Ceyhunun ən böyük həyat kredosu təkcə Zəngilanı sevmək deyil, həm də körpəlikdən yaxşı görmədiyi,dərk etmədiyi bu Yurdunu qarış-qarış gəzmək və onu dərindən tanımaqdır! Yaxşı oldu ki,mən də Ceyhunu yaxından tanıdım...elə özüm kimi!
Qoy Ceyhunun həyat yolu da işlədiyi Azəravtoyol Dövlət Agentliyinin çəkdiyi yolları kimi hamar,rahat və işıqlı olsun!

Həsən Orucoğlu,
"Pöhrə"elmi,ədəbi-bədii və ictimai-mədəni birliyinin yaradıcısı.

Oxunub: 214
Oxşar xəbərlər
SON XƏBƏRLƏR