dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya XİN Əli Əsədovla Paşinyanın görüşünə münasibət bildirdi

Rusiya XİN Əli Əsədovla Paşinyanın görüşünə münasibət bildirdi

Moskva Ermənistanla Azərbaycan arasında gərginliyin azalmasına səbəb ola biləcək təmasları alqışlayır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Tbilisidə Əsədov-Qaribaşvili-Paşinyan görüşünü şərh edərkən bildirib.

Xatırladaq ki, oktyabrın 26-da Tbilisidə üç ölkənin baş nazirlərinin görüşü keçirilib. Əli Əsədov, İrakli Qaribaşvili və Nikol Paşinyan arasında danışıqlar bir neçə saat davam edib.

Moskvanın mövqeyini ifadə edən Zaraxova vurğulayıb ki, 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli sazişlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün yol xəritəsi olaraq qalır: "Bura ölkələr arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin demarkasiyası, vətəndaş cəmiyyəti səviyyəsində dialoq və s. daxildir".

Oxunub: 125
Oxşar xəbərlər
SON XƏBƏRLƏR