dini radikalizm və ekstremizmlə mübarizə

Elza Seyidcahan meyxanaçı Vüqardan polisə şikayət etdi


Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovu polisə şikayət edib.

Müğənni bu haqda "Xəbərin var" proqramında söyləyib. Buna səbəb isə Vüqarın aparıcısı olduğu proqramda Seyidcahanın şeirini ələ salması olub.

İfaçı bildirib ki, Vüqarla polis idarəsində üz-üzə gəlib:

"O, meyxanaçı yox, "keyxanaçıdır". Mənim yaradıcılığımı o və ətrafındakılar verilişdə məsxərəyə qoymaq istədilər. Mən də onu polisə şikayət etdim. Peşmanam, gərək tək Vüqarı yox, yanındakıları da (meyxanaçılar Mehman Əhmədli, Rüfət Nasosnu və prodüser Ataş - red.) edərdim. Sənət bir yana, Azərbaycan xanımına qarşı yanlış addım idi. Yazmışam "qazanın daşdı kəfini yedim", onlar isə deyir ki, "Qazanı açdım, kəfini yedim" deyirlər. Məni sosial şəbəkədə söydürdülər. Polis idarəsində Vüqarla üzləşdim, ona göstərdim ki, mənim bu cür şeirlərim var. Düşündüm ki, peşman olar, gördüm yox. Vüqar səhvini başa düşmədi. Amma gərək onu bağışlamazdım. Vüqar, qurban olasan Hacı Nazimə ki, səni müğənni etdi. Heç mən demirəm ki, sən müğənni deyilsən, meyxananı da mahnıya çevirmisiniz".

Oxunub: 124
Oxşar xəbərlər
SON XƏBƏRLƏR