dini radikalizm və ekstremizmlə mübarizə

“SOS” MMC-də çalışan müharibə iştirakçılarına üzvlük vəsiqəsi təqdim olundu - FOTOLAR


Oktyabrın 27-də peşəkər mühafizə xidməti “Security Operation Services” (SOS) MMC-də çalışan bir qrup müharibə iştirakçısına üzvlük vəsiqəsi təqdim olunub.

Djb.az
xəbər verir ki, “SOS” MMC-nin inzibati binasında baş tutan tədbirdə idarənin rəhbər heyəti və xidməti əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “SOS” MMC-nin direktoru Anar Məmmədov, tədbir iştirakçılarını salamlayıb və müharibə veteranlarının gənc nəsil üçün örnək olduğunu, onların Birinci və İkinci Qarabağ müharibələrində göstərdilkləri tarixi qəhrəmanlıqların heç vaxt unudulmayacağını qeyd edib.

Tədbirdə çıxış edənlər Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətini, Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə iştirakçılarına, əlillərə və şəhid ailələrinin üzvlərinə göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Bundan sonra bir qrup müharibə veteranına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim edilib.

Tədbirin sonunda xatirə şəkili çəkilib.









Oxunub: 406
Oxşar xəbərlər
SON XƏBƏRLƏR