dini radikalizm və ekstremizmlə mübarizə

Naxçıvanın eks-maliyyə nazirinin həbs müddəti uzadıldı

Naxçıvanın eks-maliyyə nazirinin həbs müddəti uzadıldı


Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rafael Əliyevin cinayət işi üzrə ibtidai istintaq davam edir.

İstintaq orqanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması üçün növbəti dəfə məhkəməyə müraciət edib.

Səbail Rayon Məhkəməsi iri həcmli iş üzrə araşdırmanın davam etməsi səbəbindən təqdimatı əsaslı hesab edib. Qərara əsasən, R.Əliyevin həbsdə saxlama müddəti daha 2 ay uzadılıb.


Qeyd edək ki, Rafael Əliyev ötən ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri ilə həbs edilib.(“Qafqazinfo”)

Eks-nazir 144 milyon manat mənimsəmədə ittiham olunur.

Oxunub: 146
Oxşar xəbərlər
SON XƏBƏRLƏR