dini radikalizm və ekstremizmlə mübarizə

Misir Rəfah keçid məntəqəsini yenidən bağladı - YENİLƏNİB


Misirlə Qəzza sərhədində yerləşən Rəfah keçid məntəqəsi açıldıqdan az sonra yenidən bağlanıb. 

Djb.az CNN-ə istinadən xəbər verir ki, bu barədə keçid məntəqəsindən humanitar yardımla yüklənmiş sadəcə 20 yük maşını keçə bilib.

"Tibbi ləvazimat və ərzaq daşıyan 20 yük maşını Rəfah keçid məntəqəsindən keçərək Fələstin Qızıl Aypara Cəmiyyətinə təhvil verilib", - Misir Qızıl Aypara Cəmiyyətinin Sinaydakı direktoru Xalid Zeid bildirib.

***12:00

Qəzza zolağı ilə Misir sərhədində yerləşən Rəfah keçid məntəqəsi humanitar yardımın çatdırılması üçün açılıb. 

Açılışdan dərhal sonra sakinlər üçün humanitar yardım daşıyan ilk yük maşınları Qəzza zolağına daxil olub. 

Qeyd olunub ki, sərhəddə 200-ə yaxın yük maşını yığılıb. 

Oxunub: 107
Oxşar xəbərlər
SON XƏBƏRLƏR