dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda ali təhsil alan qadınların SAYI


Ötən tədris ilində Azərbaycanın dövlət və qeyri-dövlət universitetlərində 111 min 583 qadın təhsil alıb.

Bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2023” məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, 2021-2022-ci tədris ilində bu göstərici 104 min 678, 2015-ci ildə 78 min 662 olub. 2010-cu ildə isə 65 min 112 qadın ali təhsil ala bilib.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində təhsil alan qadınlardan 96 min 74-ü dövlət, 15 min 509-u isə özəl müəssisələrin payına düşür.

Oxunub: 133
Oxşar xəbərlər
SON XƏBƏRLƏR