dini radikalizm və ekstremizmlə mübarizə

Sumqayıtda maşın qatarla toqquşdu


Bu gün saat 13:10 radələrində ADY-yə məxsus lokomotiv 21 boş vaqonla Sumqayıt-Çay mənzilində dalan yolda hərəkətdə olarkən qorunmayan dəmiryol keçidini keçməyə cəhd edən 50-EX-375 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobillə toqquşub.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, toqquşma nəticəsində xəsarət alan olmayıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Oxunub: 120
Oxşar xəbərlər
SON XƏBƏRLƏR