dini radikalizm və ekstremizmlə mübarizə

Anar Xammədov məktəb direktorunu həqqir və təhdid edir


Elşən Ağazadə bu ad bir çoxlarına tanışdır. Mübarizliyi, savadı, vətənpərvərliyi ilə yaşadığı Biləsuvar rayonunda və sosial mediada tanınmış simalardan biridir o, Biləsuvar rayon 4 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır. Onu yaxından taniyan hər kəs əldə etdiyi uğurları zərrə - zərrə, miska- miskal qazandığının şahidi olub.
Bu gün Elşən Ağazadənin sosial media hesabındakı yazı diqqətimi çəkdi, telefon bağlantısı yaratdım, təssüf ki cavab ala bilmədim.Onun yazdıqlarıni olduğu kimi oxucularımıza aşağıdakı şəkillərdə çatdıracağıq.

Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayon təhsil sektorunun müdiri Anar Xammədovun telefon bağlantısı yaradaraq Elşən müəllimi təhqir və təhdid eləməsi. Ona qarşı idarə tərəfindən ciddi basqılar həyata keçirməsinin bir adı var "zorbalık"!
Dövlətə, dövlətçiliyə sadiq olan, öz biliyi hesabına təyinat alan gənc kadrı, öz "adam"ları deyil deyə basqıda saxlamaq, məktəb "mənimdi" demək, hər fürsətdə şərləməyə çalışmaqa çalışan Anar Xammədov haqqında təcili ölçü götürülməlidir.
Məktəb dövlətindir və mənəm mənəm deyən sektor müdiri bunu bilməlidir ki,
bu dövlətdə qanun şahdır.
Anar müəllim Elşən Ağazadədən yüksək vəzifə daşıya bilər amma bu ona haqq vermir ki, məktəb direktoruna hədə-qorxu gəlsin.
Təhsil Naziri və əlaqədar təşkilatların, hüquq mühafizə orqanları tezliklə bu özbaşınalığa son qoyacağına əminəm.
Elşən Ağazadə sosial media hesabında qeyd edir.
- Şəxsimə, başıma gələcək hər hansı bir hadisəyə görə birbaşa məsuliyyəti onlar daşıyırlar.

(Bizi izləyin)
Djb.az

Oxunub: 308
Oxşar xəbərlər
SON XƏBƏRLƏR