dini radikalizm və ekstremizmlə mübarizə

Müəllim peşəsi müqəddəsdir

Müəllim peşəsi müqəddəsdir

Peşələrin içində ən məsuliyyətli ən cəfakeş ixtisasdır müəllim vəzifəsi. Necə ki, psixoloq insan ruhu ilə işlədiyi üçün çox məsuliyyət daşıyır, eynilə pedaqoq, müəllim də. Çünki uşaqlarla işləyirlər. Uşağın məktəblə ilk tanışlığı, dərslərlə, elmlə bağı müəllimlə başlayır. Müəllimin ilk salamı, ilk baxışı, səs tonu, təbəssümü ilə bu ilk bağ ilk təməl atılır.
İbtidai sinif müəllimlərindən sonra fənn müəllimlərinin də davranışı, sevgisi o fənn, dərs ilə böyük ünsiyyət olur şagirdlərə. Təhsil ocağındakı hüzurlu ortamı, düzgün qaydaları, müəllim-şagird qayğısını, nizam intizamı isə ən çətin məsuliyyət olan direktor vəzifəsi öz öhdəsinə götürür.
İki il olacaq ki, 226 saylı tam orta məktəbin direktoru vəzifəsinə 44 günlük Vətən müharibəsi şəhidimiz Əli Hüseyn Məmmədovun anası Arzu Məmmədova təyin edilib. Hesab etmək olar ki, Təhsil Nazirliyinin uğurlu təşəbbüs, addımlarından biridir ki, məhz təhsil ocaqlarını Vətənə qəhrəman yetişdirən şəxslərə əmanet etsin. Şəfqəti, qayğısı, bir ana nəvazişi ilə şagirdləri qucaqlayan Arzu xanım bu yönü ilə qısa zamanda şagirdlərin rəğbətini qazanmışdır. Vətənpərvər oğul böyüdüb torpaqlarımızın azadlığı uğrunda oğlunu şəhid vermiş Azerbaycan xanımı, dəyərli ana Arzu xanım vəzifəsinin icrasına başlayan ilk gündən “bütün şagirdlər mənim öz övladımdır” dedi. Onların təhsillə bağlı qayğısı mənim qayğımdır. Odur ki, şagirdlər də onun bu qayğısını, çabasını gördükcə daha da ruhlanır ve bu zəhməti dəyərləndirmək üçün həm dərslərində inkişafları, aldıqları təqdirnamələr ilə Arzu xanımı otağında ziyarət edərək sevinclərini onunla paylaşırlar. Dövlət bayramları, milli bayramlar, anım günlərinini direktorla birlikdə qeyd edirlər. Biz hər nə qədər uşaqlar çox şeyi anlamır desək də onlar saf, təmiz qəlbləri ilə səmimi sevgini hiss edir, anlayırlar. Elə
ötən gün 5 Oktyabr Müəllimlər günü münasibətilə 7a ve 2a sinif şagirdləri Arzu xanımı təbrik edərkən kövrək və duyğulandıran səhnənin şahidi olduq. Şagirdlərdən biri otağa girər-girməz Arzu xanımı ana deyərək məhəbbətlə qucaqladı. Arzu müəlliməni duyğulandıran səhnələrdən biri isə şagirdlərin ona bayraq hədiyyəsi idi. O bildirdi ki, bu bayraq üzərində şəhidlərimizin qan rəngi olan müqəddəs bir bayraqdır. Kövrələrək, “mənə sevdiyim, dəyər verdiyim bir şeyi hədiyyə etdiniz, sanki mənə oğlumu gətirdiniz” dedi. Direktorun səmimi sözlərini şagirdlər diqqətlə dinləyirdilər. Onlar bilirdilər ki, Arzu müəllimə Vətən qəhrəmanı şəhidimiz Əli Hüseynin anasıdır və şəhid anası hamımızın anası, baş tacımızdır.
Bunu da vurğulamaq yerinə düşər. 226 saylı tam orta məktəbə direktor vəzifəsinə təyinindən bu yana Arzu müəllimə məktəb daxilində fənlər üzrə yarışmalar, vətənpərvər tədbirlər, yazıçılarla görüşlər keçirərək şagirdlərin daha aktiv inkişafına zəminlər yaradır. Elə müəllimlər günü işğaldan yeni azad olmuş, yeni-yeni nəfəs alan, yenilənən Qarabağımızın gözəl guşələrindən biri olan Zəngilan rayon Ağalı kənd məktəbi ilə görüntülü görüş təşkil etdi. Görüntülü görüşdə hər iki tərəf şagirdləri qarşılıqlı olaraq həm müəllimləri təbrik etdi, həm də Ağalı kəndində yeni fəaliyyətə başlayan məktəb münasibətilə şagirdlər sevinclərini bölüşdülər.

Arzu xanıma tutduğu bu şərəfli yolda uğur, güc qüvvət diləyir, Şəhidlərimizin ruhu şad olsun deyirik.

Məleykə Aslanzadə















Oxunub: 284
Oxşar xəbərlər
SON XƏBƏRLƏR