dini radikalizm və ekstremizmlə mübarizə

“TƏKİ VƏTƏN SAĞ OLSUN!” ADLI SƏRGİNİN AÇILIŞI OLUB



Sentyabrın 28-də “NUR Art House” qalereyası və “Zəfər Yolu” Müharibə İştirakçıları və Şəhid Ailələrinə Humanitar Dəstək Ictimai Birliyi 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Təki Vətən sağ olsun!” adlı sərgi təşkil edib.

Djb.az xəbər verir ki,

Sərgidə “Azərbaycan xalçaçıları” İctimai Birliyi İdarə Heyətinin üzvü Elmira Qasımovanın hörmə quramaları, Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Dizayn məktəbinin müəllimi, yaradıcılıq dərnəyinin rəhbəri Aytən Yusifkənan və müəllim Nərminə Namazovanın rəhbərliyi ilə 2-ci kurs tələbələri Kubra Bayramlı, Zeynəb Cavadzadə Ayşən Novruzova, Yetər Hüseyinova, Nigar Hacızadə, Səma Rəcəbovanın 44 günlük Vətən Müharibəsinə həsr olunmuş əsərləri, Şəhidlərimizin, Milli Qəhrəmanlarımızın portretləri nümayiş olunub.
“Zəfər Yolu” Müharibə İştirakçıları və Şəhid Ailələrinə Humanitar Dəstək Ictimai Birliyinin sədri, şairə-publisist Pərvanə Abdullayeva açaraq tədbir iştirakçılarını ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.
O, daha sonra bildirib ki, Vətən müharibəsinin başlanğıcına təsadüf edən, Zəfərə aparan bu yolda canını-qanını əsirgəməyərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə irəliləyən Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi şücaət 30 illik həsrətə son qoyaraq, hərb tariximizə qızıl hərflərlə yazılıb. Pərvanə Salmanqızı sərginin təşkilində göstərdiyi köməyə görə “NUR Art House” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya xanım Tağıyevaya təşəkkürünü bildirib.
Sərginin açılışında çıxış edən Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü Rasimə Əhmədova sərginin əhəmiyyətindən və nümayiş olunan əsərlərin bədii xüsusiyyətlərindən bəhs edib.
Tədbirdə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun vitse-prezidenti, “Qazilərin Sosial Durumunun və Hüquqlarının Müdafiəsi” İB-nin şöbə müdiri Pərviz Usubov, Quba şəhəri 6 nömrəli tam orta məktəbin direktor müavini Cəmafər Əliyeva, “Zəfər Yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin Fəxri üzvü Kamandar Eloğlu, Şanlı Azərbaycan televiziyasının prezidenti və təsisçisi Şərqiyə Əbülfət qızı,Şanlı Azərbaycan televiziyasının icraçı direktoru Mahmudova Rühəngiz Əbülfət qızı,Şanlı Azərbaycan televiziyasının müxbiri Mahmudov Emil Murad oğlu iştirak edərək ürək sözlərini ifadə ediblər.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.


















Oxunub: 150
Oxşar xəbərlər
SON XƏBƏRLƏR