dini radikalizm və ekstremizmlə mübarizə

SOS MMC-də şəhid ailələri ilə görüş keçirildi - Ehsan süfrəsi açılıb (FOTOLAR)


Xəbər verdiyimiz kimi, dünən 27 Sentyabr – Anım Günü münasibəti ilə “Security Operation Services” (SOS) MMC-nin əməkdaşları II Fəxri xiyabanı ziyarət ediblər

Bu təşəbbüsün davamı olaraq "SOS" MMC- də bu gün şəhid ailələri və yaxınları ilə görüş keçirilib. Daha sonra ehsan süfrəsi təşkil edilib.

"SOS" MMC-nin direktoru Anar Həsən oğlu Məmmədov şəhid analarını salamlayaraq hər zaman şəhidlərimizin xatirəsini əziz tutaraq ehtiramla anacaqlarını bildirmişdir.

Daha sonra Azərbaycan Respublikasi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədr müavini polkovnik, cənab Cəlil Malik oğlu Xəlilov öz çıxışında şəhid ailələrinə, qazilərə, veteranlara göstərdiyi mənəvi dəstəyə görə şirkətin rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.

Ehsan süfrəsinin ardından "SOS" MMC-nin əməkdaşları şəhid anaları ilə birgə yeni açılmış "Zəfər Parkı"-nı ziyarət edərək əklil qoyub.











Oxunub: 301
Oxşar xəbərlər
SON XƏBƏRLƏR