dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada məktəbə bıçaqlı hücum - Yaralananlar var

Rusiyada məktəbə bıçaqlı hücum - Yaralananlar var


Rusiyanın Rostov vilayətində məktəbə bıçaqlı hücum olub.

Bu barədə vilayətin qubernatoru Vasili Qolubev özünün "Telegram" kanalında məlumat verib.

"Saat 07:50-də Neklinovski rayonundakı “Krasnıy Desant” fermasındakı məktəbdə bıçaqla silahlanmış və üzünü maskanın arxasında gizlədən 15 yaşlı yeniyetmə məktəbə daxil olmaq istəyərkən üç nəfəri yaralayıb", - deyə rayon rəhbəri yazıb.

Hücum edən şəxs şahidlər tərəfindən saxlanılıb.

Qolubevin sözlərinə görə, məktəbə hücum edən oğlan psixi xəstəlikdən əziyyət çəkir.

Oxunub: 113
Oxşar xəbərlər
SON XƏBƏRLƏR