dini radikalizm və ekstremizmlə mübarizə

Zelenskinin BMT Baş Assambleyasında iştirakı ilə bağlı qərar verildi

Zelenskinin BMT Baş Assambleyasında iştirakı ilə bağlı qərar verildi


Ukrayna Prezidenti Volodimir Zelenskinin Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcəyi və ölkədəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Bu barədə jurnalistlərə Albaniyanın BMT-dəki səfiri Ferit Hoca məlumat verib.

Onun sözlərinə görə, Zelenski ehtimal edildiyi kimi, sentyabrda Nyu-Yorkda BMT-də dünya liderlərinin illik toplantısında və BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında iştirak edəcək.

Albaniyanın BMT-dəki səfiri vurğulayıb ki, Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində keçiriləcək. O əlavə edib ki, BMT liderlərin Nyu-Yorkda olmasından istifadə etmək istəyir. Sentyabrın 20-də Ukraynada sülhün və təhlükəsizliyin qorunması mövzusunda tədbir baş tutacaq.

BMT Baş Assambleyasının 78-ci sessiyasında Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

Mənbə: “Reuters”

Oxunub: 118
Oxşar xəbərlər
SON XƏBƏRLƏR