dini radikalizm və ekstremizmlə mübarizə

"Şöhrət" ordenli, "Tərəqqi" medallı əməkdar məşqçi Hicran Şərifovun ad günüdür


Əziz Djb.az xəbərlərinin izləyiciləri.Bu gün maraqlı, zəngin bir tərcümeyi halı sizlərə həvalə edirik. Bu illəri oxuduqca bir insan ömrünün aylarının, illərinin əzablı əziyyətlərin bəhrəsini görəcəksiniz. Onun həyatına qısa səyahət edək.

Hicran Şərifov kimdir?

Hansı nailiyyətləri əldə edib?

O sadə bir ailənin övladı olaraq bu nailiyyətləri necə qazanıb? Maraqlıdır eləmi?

Zərrə-zərrə, miskal- misal!

01 Avqust - Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, "Şöhrət" ordenli, "Tərəqqi" medallı, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifovun doğum günüdür! Hicran İbrahim oğlu Şərifov 01 avqust 1965 - ci ildə Bakının Əmircan qəsəbəsində anadan olmuşdur. 1982 - ci ildə 97 № - li, sonra isə 11 illik 114 № - li orta məktəbi,1992 - ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2005-ci ildə isə Polis Akademiyasının hüquqşünaslıq fakültəsini bitirmişdir.
H.Şərifov 1993 - cü ildən daxili işlər orqanlarında işləyir. 1994 - 2000 - ci illərdə operativ xidmətdə, 2000 - ci ildən DİN - nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi, eyni zamanda həmin akademiyada Fiziki Hazırlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 2001 - ci ildə təhsilini artırmaq məqsədi ilə DİN - in Polis Akademiyasına daxil olmuş və 2005 - ci ildə oranı bitirmişdi. Hicran Şərifov 2013 - cü ildən Milli Olimpiya Komitəsinin Təftiş Komissiyasının sədridir. 1999 - cu ildən indiyə kimi “Neftçi İdman Klubu” İctimai Birliyində məşqçi - müəllim vəzifəsində işləyir. Eyni zamanda Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Tusi küçəsində yerləşən "Cəngi" Güləş Klubunun sədridir.

26 noyabr 2015 - ci il tarixində Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) tanınmış güləş hakimi, əməkdar idman xadimi Hicran Şərifovun 50 illik yubileyinə həsr olunmuş “Zəhmətlə zəfərə doğru” kitabının təqdimat mərasimi keçirilib.
Hicran Şərifov Olimpiya kateqoriyalı, Beynəlxalq dərəcəli hakimdir. İdmanın Yunan-Roma güləş növü ilə məşğul olub. İdman ustası, Azərbaycan Respublikasının "Əməkdar Məşqçisi" və Qarabağ müharibə veteranıdır. Güləş idman növləri üzrə Avropa, Dünya çempionatlarında, 2008-Yay Olimpiya Oyunları, 2012 - Yay Olimpiya Oyunları və 2016 Yay Olimpiya Oyunlarında Azərbaycanı hakim kimi təmsil edib. Bu sahədəki xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif edilib. 2012 Yay Olimpiya Oyunlarında "Ən yaxşı hakimi" seçilərək "Qızıl Fit" mükafatına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010 - cu il tarixli Sərəncamı ilə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülmüşdür.

1999 - cu ildən “Neftçi" İdman Sağlamlıq Mərkəzində müəllim vəzifəsində işləyir. Eyni zamanda "Cəngi" GK - da məşqçi - müəllim vəzifəsində işləyir. 100 - dən çox hazırladığı idmançı vardır.

1990 - cı ildə ailə həyatı qurub. Beş övladı, iki nəvəsi var.

PS. Djb.az xəbərlər və informasiya saytı və Əhmədovlar ailəsi adından Hicran Şərifovu təbrik edir, ona can sağlığı ailə səadəti arzulayırıq.

Oxunub: 549
Oxşar xəbərlər
SON XƏBƏRLƏR