dini radikalizm və ekstremizmlə mübarizə

Qaxda turist dağdan yıxılıb xəsarət aldı - YENİLƏNİB

Qaxda turist dağdan yıxılıb xəsarət aldı - YENİLƏNİB


Qaxa gələn turist rayonun İlisu kəndində Hamamdərə deyilən ərazidə yıxılaraq xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hazırda polis, prokurorluq, FHN əməkdaşları və TTY-nın həkim briqadası hadisə yerindədir.


Həmin şəxsin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür.

***16:35

Qaxda turist dağdan yıxılaraq ağır xəsarət alıb.

Hadisə rayonun İlisu kəndi ərazisində baş verib.

İlisu kəndindən 7 km məsafədə yerləşən dağlıq ərazidəki "İlisu Dağ Hamamı" adlanan əraziyə gedən turist dağdan yıxılıb.

Əraziyə Qax Yanğından Mühafizə Hissəsinin texnikası və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Hazırda həmin ərazidə xilasetmə işləri aparılır.

Oxunub: 143
Oxşar xəbərlər
SON XƏBƏRLƏR