dini radikalizm və ekstremizmlə mübarizə

Ramiz Abdullayevin poeziyasından incilər


YOLA DÜŞMƏLİYİK, SƏNLƏ DAĞLARA

Yola düşməliyik, sənlə dağlara,
Gecəni qalmağa, sübhü açmağa,
Ləpirlər qoymaqçün dümağ qarlara,
Üşüyüb bir qədər, bağa gələydik.

Xəzər qucağında üzüb yan- yana,
Kəhrəba qumuyla, özü bir ayna,
Günəş işığınl yaysın hər yana,
Düşünüb bir qədər, bağa gələydik.

Şəhər səs-küyündən sənlə qaçaydıq,
Uşaqlıq dövründən söhbət açaydıq,
Dönüb pərvanəyə, hər gün uçaydıq,
Gülüşüb bir qədər, bağa gələydik.

GƏL MƏNİM YANIMA CANAN SEYR EDİM GÖZLƏRİNİ

Gəl mənim yanıma canan seyr edim gözlərini,
Gəl ki təsdiq elə təkrar, o deyən sözlərini.

Qoy desinlər qayıdıb Məcnun ilə, Leyli yenə,
Ləpiri asta basaraq tin də qoyaq izlərini.

Heyrət ilə baxacaq qibtə edən qoy etsin,
Deməsinlər necə də əydi zaman dizlərini.

Paxıla baş qoşma daha gəldiyi tek qoy getsin,
Taxmasın sözlər ilə ruhumuza bizlərini.

Qalayaq isti ocaq gəl yığışaq istisinə,
Qoruyaq birgə qataq odda yanan közlərini.

Ramiz, od sönərsə gözlər bürünər tüstüsünə,
Ağ göyərçin təki bas qəlbinə yar əllərini.

Cənab! Ali baş komandan.

Biz gedirik zəfər yolu,
Göz yaşları sevinç dolu,
Yumruq təki, tutub qolu,
Cənab! Ali baş komandan.

Qoruyaraq hər gün mətin,
Ulu öndər siyasətin,
Dünya bilir süçaətin,
Cənab! Ali baş komandan.

Əmr eylədin ordumuza,
Tarix yazdın yurdumuza,
Şərəf verdin xalqımıza,
Cənab! Ali baş komandan.

Azərbaycan! Ana yurdun,
Keşiyin də məğrur durdun,
Güclü dövlət, bunu qurdun,
Cənab! Ali baş komandan.

İNCİT MƏNİ DİLBƏR NƏ QƏDƏR İSTƏSƏN İNCİT

İncit məni dilbər nə qədər istəsən incit,
Qoyma bu gedə dövrü hədər istəsən incit.

Zülm ilə məşəqqət mənə mənsub olacaqsa,
Olsun o nazın bəsdi, yetər istəsən incit.

Sevgin mənə çatmazsa olaydım sənə bir qul,
Dərdim belə minvalla gedər istəsən incit.

Tanrı özü yazmış belə getsə qalacam dul,
Hər gün səni görsəm bəs edər istəsən incit.

Əl çatmaza dönmüş o gözəl hüsnü camalın,
Öldür məni bitsin bu kədər istəsən incit.

Ramiz, demə yoxdu ağlım yoxdu kamalım,
Olsa əcaba, sevgi bitər istəsən incit.

SINDIR KASETLƏRİ, CIR KİTABIMI

Sındır kasetləri, cır kitabımı,
Elə bil yuxuydum, mən gəlib, getdim.
Mənimlə bərabər unut adımı,
Günəşin olsam da, dumanda itdim.

Rəflərdə düzdüyün mənli nə varsa,
Yandır, at onları qalmasın daha.
Mən də siləcəyəm sənli nə varsa,
Söndürüb şamları, yanmasın daha.

Zülmət gecələrin dönüb qoynuna,
Yenidən düşünüb, daşınacağam.
İlk dəfə, mən səni gördüyüm ana,
Xətt çəkib, o günü unudacağam.

Oxunub: 291
Oxşar xəbərlər
SON XƏBƏRLƏR