dini radikalizm və ekstremizmlə mübarizə

Jalə Əhmədova Regional Mədəniyyət İdarəsinin rəisini təbrik etdi


Djb.az xəbər verir. Bu gün Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxovun doğum günüdür.
Millət vəkili Jalə xanım Əhmədova öz sosial media hesabında yazır:

Böyük hörmətlə yanaşdığım Əlisultan müəllim hər zaman şəhid və qazi ailələrinin yanında olan, Vətəninə, xalqına, dövlətinə və dövlətçiliyinə bağlılığı, işində dürüstlüyü və nümunəvi fəaliyyəti ilə seçilən şəxslərdən biridir.

Əlisultan müəllimi bugünkü əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində gördüyü işlərdə yeni-yeni uğurlar arzulayıram.

Millət vəkili Jalə Əhmədova

Oxunub: 309
Oxşar xəbərlər
SON XƏBƏRLƏR